"Oğuz-K" MMC

Eksteryer Interyer dizayn

Layihələr

İNTERYER DİZAYN

EKSTERYER DİZAYN

Haqqımızda

“OĞUZ-K “ MMC - Yenilənən dünyanı bizimlə qurun!

“Oğuz-K“ MMC   2010-cu ildən etibarən fəaliyyət  göstərməkdədir. “Oğuz-K“ MMC  ağır metalların konstruksiyasından başlayaraq, mənzillərin interyerinin dizaynına qədər istənilən xidmət növü göstərməkdədir. İnşaat sektorunda podratçı və icraçı olaraq fəaliyyət göstərən şirkətimiz, öz hərəkətverici qüvvəsi ilə müxtəlif sektorlarda, müxtəlif  layihələr üzrə öhdəsinə götürdüyü işləri müvəffəqiyyətlə yerinə yetirərək, məsuliyyət daşıyaraq  təhvil vermişdir. Daima uğurlu layihələri həyata keçirən şirkətimiz beynəlxalq arenadakı fəaliyyətlərini qısa müddətdə dövrün ən müasir texnologiyaları ilə yerinə yetirmişdir.

Hər bir yeni layihədə şirkət, sahib olduğu potensialını daha da artırmışdır. Şirkətimizin öz sahələrində və fəaliyyət göstərdiyi regionlarda misli olmayan layihələri müvəffəqiyyətlə yerinə yetirmiş və öz işlərində iri addımlarla irəliləməkdədir.

Şirkətə müraciət edən sifarişçi, öz seçimindən tamamilə arxayın ola bilər. Belə ki, o, iş prosesinin addımbaaddım gedişatı, işin icrası və ödənişin həyata keçirilməsi, ümumiyyətlə, şirkətin sifarişi necə yerinə yetirməsi haqda mütəmadi olaraq ətraflı məlumatlandırılır. Telefonla ilkin məsləhətləşmədən sonra  şirkətin mütəxəssisi sifarişçi ilə obyektdə görüşür, peşəkar məsləhətlər verir, görüləcək işin mərhələli ardıcıllığını, texnologiyasını və təmir işlərinin yerinə yetirilməsi qaydalarını izah edir. Şirkət, sizin bütün istəklərinizi diqqətlə dinləyib, qeydə aldıqdan sonra elektrik və santexnika işləri də daxil olmaqla, obyektin ilkin ölçülərini müəyyənləşdirir. Sonra isə interyer və eksteryer üzrə işlərə başlanır. Şirkətin arxitektura-dizayn  şöbəsinin mütəxəssisləri tərəfindən dizayn-layihə hazırlanır, smetanın dəyəri ölçülür. Sifarişçiyə ,tikinti materiallarının və görüləcək işlərin hesabat dəyəri, həmçinin işin plan-qrafiki və hər mərhələnin tamamlanma müddəti haqda məlumat verilir.